Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə rayon ərazisində meyit tapılması barədə məlumat daxil olub.Bakıda ötən il ölən şəxsin meyidi aşkar edilib
Məlumat əsasında hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşı meyidi tapılan şəxsin 1970-ci il təvəllüdlü Qalina Konstantina Leaniodovna olduğunu müəyyən edib.
İlkin araşdırma zamanı Q. Konstantinanın ötən il dekabr ayının 22-də öldüyü məlum olub.
Q. Konstantinanın meyidinin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.
Polisdən Q. Konstantinanın tüfeyli həyat tərzi keçirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az