"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının cari mövsümünün zəif keçdiyini etiraf edib. Milli.Az xəbər verir ki, azerisport.az-a açıqlamasında o, bunları söyləyib:

"Əgər düzünü desək, indiki mövsüm əvvəlkilərdən bir qədər zəifdir. Əksər klublar elə də yaxşı günlərini keçirmir. Bu da oyunçuların, futbolumuzun inkişafına müəyyən əngəllər törədir. Fikrimcə, federasiya buna bir çarə tapacaq və vəziyyəti yaxşılaşdıracaq".

Milli.Az