Nazirin birinci müavini: " İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni “Nar” loqosunun və “Nar Garden” brend konsepsiyasının media nümayəndələri üçün təqdimatında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, “Azerfon” şirkəti Azərbaycan mobil rabitə bazarına sonuncu daxil olan operator olduğu üçün onun bu bazarda fəaliyyəti daha çətin olub.
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ilk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb. Bu kontekstdə digər operatorlar kimi, “Azerfon” şirkətinə də güzəştlər təqdim edilib. Digər iki mobil operatorlarda ilkin mərhələdə yeni operatorun bazarda yer tutmasına kömək ediblər. Artıq bu gün “Azerfon” LTE texnologiyası üzərindən daha keyfiyyətli xidmət göstərilməsi mümkündür. Hazırda Azərbaycanda stasionar, mobil, peyk rabitəsi sahəsində dayanıqlı şəbəkələr yaradılıb və bir telefon üzərindən bütün düşünə biləcək xidmətlərdən istifadə realdır”,- deyə nazir müavini bildirib.
Öz növbəsində şirkətin rəhbəri Kent Maknili bildirib ki, ötən il şirkətin şəbəkəsində 25 faizlik artım qeydə alınıb.
“Bizim əsas fəaliyyətimiz və inkişafımız dörd istiqamət üzrə həyata keçirilir. Bu şəbəkənin təkmilləşdirilməsi, abunəçilərimizin marağına uyğun şəkildə tarif siyasətinin aparılması, innovasiyaların tətbiqi və təşviqi, müştəri xidmətlərinin daim yaxşılaşdırılmasıdır. Hesab edirəm ki, biz bu sahələrdə yetərincə uğur qazanmışıq”,- deyə şirkətin rəhbəri qeyd edib.
Aynur Vəliyeva
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14