Bu barədə özünün instaqram səhifəsində məlumat yayan Serkan Uçar körpə ilə birlikdə çəkdirdiyi fotonu da paylaşıb.
Bundan başqa Ece Erken özü də sevincini sosial şəbəkə istifadəçiləri ilə paylaşıb:
“Körpəm Eymən Uçar sağlam şəkildə dünyaya gəldi. Dua və arzularınız üçün çox, amma çox təşəkkür edirəm. Körpəmin adı Eyməndir. Dualarınız üçün sonsuz təşəkkürlər” – deyə Ece Erken twitter səhifəsində qeyd edib.
Qeyd edək ki, paylaşılan şəkillərin heç birində körpənin üzü görünmür.



Mənbə
ANS PRESS