Prezident İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib
Mədinə, 7 aprel, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.
Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qıldılar.
Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi adlanan bu müqəddəs məkan dünyanın ən böyük məscidlərindən biridir. İslamda Məkkədəki Əl-Həram məscidindən sonra ikinci müqəddəs ocaq hesab olunan Peyğəmbər məscidi hicrətdən sonra Mədinədə Məhəmməd peyğəmbər və əshabı tərəfindən inşa edilib. Sahəsi 400 min kvadratmetr olan məscidin 10 minarəsi var.
Bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir. Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində böyük hörmətlə qarşılanan Prezident İlham Əliyevə olan yüksək münasibətin və onun nüfuzunun nəticəsi idi ki, dövlətimizin başçısına Peyğəmbər məscidində dərin ehtiram göstərildi, Məhəmməd peyğəmbərin dəfn olduğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin ziyarəti üçün açıldı.
Məscidlə tanışlıq zamanı buraya toplaşan insanlar da Azərbaycan Prezidentinə öz hörmət və ehtiramlarını bildirdilər, onlar dövlətimizin başçısına səmimi salamlarını çatdırdılar.
Məhəmməd peyğəmbərin vaxtında bu məscid Rəsulullahın Mədinədə bütün fəaliyyətinin mərkəzi olub. Buna görə də Peyğəmbər məscidi faktiki olaraq həmin dövrdə İslam ümmətinin mərkəzi hesab edilirdi. Miladi təqvimlə 632-ci ildə həzrəti Məhəmməd (s) dünyasını dəyişdikdə hazırda Peyğəmbər məscidi kompleksinə daxil olan evində dəfn edilib. Hər il Məkkəyə Həcc ziyarətinə gedən zəvvarlar ənənəvi olaraq Mədinəyə gələrək Peyğəmbər məscidində həzrəti Məhəmmədin məzarını da ziyarət edirlər.
Məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İslam mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubunda yenidən inşa edilib, ərazisi genişləndirilib. Hazırda burada 650 min müsəlmanın eyni vaxtda ibadətlə məşğul olmaq imkanı var.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri aprelin 7-də başa çatıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47