AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya səfəri gözlənilmədən təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə AŞ PA-nın Twitter-dəki səhifəsində qeyd olunur.

Səfər aprelin 8-9-na planlaşdırılmışdı.

Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt sonuncu dəfə bu il 2-3 mart tarixlərində Azərbaycanda səfərdə olublar. Səfərin məqsədi noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyəti müzakirə etmək olub.

Milli.Az