«Moody’s Investors Service» Beynəlxalq agentliyi  “Unibank” ASC- nin  reytinq  qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək,  bankın 2014 -cü ildən bu günə qədər  reytinqini «B2» səviyyəsində qoruyub saxladığını bir daha təsdiq etdi. 

 

"Unibank"ın Maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq  agentliyin  bu qərarı, Unibank-ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Emin Rəsulzadə Unibank-ın bu mövqedə  stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı  kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

 

“Moody's " beynəlxalq reytinq agentliyi  "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi  isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində  yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili,  girovsuz istehlakçı kreditlərinin yüksək artımı və  pərakəndə müştərilərin  aktivliyinə görə,  Unibankın Azərbaycanın  öndə gedən banklarından və ölkənin 5 ən boyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

"Unibank" – hər kəsin bankı.