İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar edilib
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Milli.Az