Azərbaycanda film kimi quldurluq (EKSKLÜZIV)
Şabran rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Laçın Hacıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə aprel ayının 4-də gecə saat 23:30-da, rayonun Dəvəçi kəndində qeydə alınıb.
Kəndin kənarında yerləşən 1942-ci il təvəllüdlü Zülfi Əmrah Harunovaya məxsus fermaya iki nəfər atlı girib. Onlar fermaya girərkən it hürməyə başlayıb. İtin səsinə Zülfi Harunova çölə çıxıb. Atlılardan biri tez fermanın işıqlarını söndürüb. Biri də əlində tutduğu yaba ilə qadının başına və bədəninə bir neçə ağır zərbə vurub. Qadın zərbələrin nəticəsində huşunu itirib.
Səs-küyə qonşuluqdakı fermalardan gələnləri görən atlılar qorxuya düşüb. Onlar fermadan yalnız 2 hinduşka götürərək qaçıblar.
Qonşular ferma sahibəsini huşsuz vəziyyətdə tapıblar və onu xəstəxanaya aparıblar.
Məlumat daxil olan kimi Şabran rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat zamanı hadisəni həmin kənddən olan 1982-ci il təvəllüdlü İlham Əzməmməd oğlu Seyidov və 1988-ci il təvəllüdlü Cavad Əli oğlu Əkbərov olduğu məlum olub.
“Tərəfimizdən keçirilən əməliyyat nəticəsində İlham Seyidov və Cavad Əkbərov saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlardan quldurluq edərkən istifadə etdikləri yaba və hadisə yerindən onlara məxsus iri bıçaq götürülüb”, - deyə Laçın Hacıyev bildirib. Mənbə
ANS PRESS: Aytəkin Alxaslı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33