Bəzi otlar bir çox dərdin dərmanıdır. Bunun üçün onları qaydaya uyğun qurudub, istifadə etmək lazımdır.

Axşam.az xarici mətbuata istinadən şəfaverici otları təqdim edir:

Ayıpəncəsi (repeynaya)

Bu otu qurutduqdan sonra mütləq ağzı yaxşı bağlanan qabda və qaranlıq otaqda saxlamaq lazımdır.
· Mədə xorası zamanı ayıpəncəsindən hazırlanan məlhəmdən istifadə edin. 1 xörək qaşığı ayıpəncəsi otundan götürüb, 1 stəkan qaynar suya töküb, yarım saat saxlayın. Gün ərzində 5-6 dəfə yeməkdən 1 saat sonra bu qarışıqdan 1 xörək qaşığı için.

Qumotu

Kök hissəsini yuyub, təmizlədikdən sonra xırda doğrayıb, qaranlıq yerdə saxlayın.
· Qarışıqdan 2 çay qaşığı götürüb, 2 stəkan soyuq suya töküb, vam odda 8 saat qaynadın. Gündə 2-3 dəfə ½ stəkan bu qarışıqdan içmək ağciyər iltihabını sağaldacaq.

Gicitkən

Çiçək açan vaxtı gicitkəni yığıb, yarpaqlarını təmizləyib, qaranlıq yerdə qurudun.
· Böyrək iltihabı zamanı gicitkən qurusundan 2 xörək qaşığı götürüb, 1 stəkan isti suya töküb, 15 dəqiqə dəmləyin. Gün ərzində 3 dəfə (yeməkdən əvvəl) 1/3 stəkan için.