Bundan başqa "Real"ın portiqaliyalı ulduzu Kriştianu Ronaldu karyerasında ən sürətli het-trikini edib - 8 dəqiqəyə.
Bununla da ürəyi soyumayıb, pokerə imza atıb.
"Real"da bundan da tez het-triki Hyerro 1992-ci ildə vurmuşdu, amm həmin toplardan biri penaltidən vurulmuşdu.
Bu gün isə Ronaldunun günüdür. Portuqaliyalı 212 qolla Primeranın tarixi ərzindəki snayperlər sırasında 8-ci yerə yüksəlib.
Onun sevinmək üçün daha bir səbəbi də var: het-triklərin sayına görə "Real"ın rekordu təkrarlanıb. Artıq Ronaldu di Stefano kimi 28 het-trikin sahibidir.
"Real-Madrid" - "Qranada" - 7:0 (ikinci hissə)
Qollar: 25` Beyl, 30` Ronaldu (Xames), 36` Ronaldu, 38` Ronaldu (Beyl), 52` Benzema (Xames), 54` Ronaldu (Beyl), 56` Benzema (Arbeloa)
Milli.Az