Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, növbəti məzəli olay İngiltərə Premyer Liqasının 31-ci turunda, "Stok-Siti" ilə görüşdə baş verib. Oyunun sonuna 11 dəqiqə qalmış ev sahibi 2-1 hesabı ilə irəlidəydi. Ancaq bu, Mourinyonu qane etmirdi. Bu zaman Xuan Kuadrado əlinə düşən imkandan yararlanaraq qol vura bilmir. Bundan Joze Mourinyo necə qəzəblənirsə, əlləriylə üzünü tutub qazona yıxılır. Oyun "Çelsi"nin qələbəsiylə bitir (2:1), ancaq daha çox Mounun hərəkəti ilə yadda qalır.
Maraqlı görüntünü təqdim edirik:
Milli.Az