Bakıda binanı 16-cı mərtəbəsinədək alov bürüdü, 40 nəfər təxliyyə edildi
Paylaş
05 Aprel 2015, 08:57·53 baxış·1 dəq oxu
Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən on altıncı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 80 p.m, axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında kabellər 3 p.m. yanıb, hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 elektik sayğacının 32-si yüksək temperaturdan əriyib.
Milli.Az FHN-ə istinadən bildirir ki, mənzillər yanğından mühafizə olunub. Yanğınsöndürənlər yuxarı mərtəbələrdən 40 nəfər bina sakinini təxliyə ediblər. Yanğın saat 01:00-da söndürülüb.