Marneuli rayonunda milli azlıqların mədəniyyəti festivalı keçirilib
Tbilisi, 4 aprel, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda milli azlıqların mədəniyyəti festivalı keçirilib.
Aprelin 4-də festivalın başa çatması ilə əlaqədar “Bir səma altında!” adlı konsert təşkil olunub.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri Dövlət Nazirliyi aparatının, Gürcüstan Bəstəkarlar İttifaqının Kvemo Kartli bölgəsi üzrə bürosunun sədri Manana Alpaidzenin və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin birgə təşkil etdikləri konsertdə bu ölkədə yaşayan milli azlıqların nümayəndələri iştirak ediblər.
Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareşvili tədbir iştirakçılarını təbrik etdikdən sonra milli azlıqların nümayəndələri müxtəlif konsert proqramı ilə çıxış ediblər.
Festivalda xüsusi fərqlənən uşaq və yeniyetmələrə nazirliyin qiymətli hədiyyələri təqdim olunub.
Barışıq və Vətəndaş Bərabərliyi nazirinin milli məsələlər üzrə müşaviri Zaur Darğallı AZƏRTAC-a bildirib ki, tədbirin məqsədi bu ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyətlərini inkişaf etdirmək, eləcə də onların Gürcüstan cəmiyyətinə inteqrasiyasını sürətləndirməkdir. Festival milli azlıqların dostluq əlaqələrini möhkəmləndirəcəkdir.
Festivalın gənc iştirakçısı Fikrət Hacıyev deyib ki, tədbirdə iştirak edən azərbaycanlı uşaqlar müxtəlif alətlərdə xalq mahnılarımızı, milli rəqslərimizi ifa ediblər. F.Hacıyev festivalda iştirakdan məmnun olduğunu bildirib.
Milliyətcə rus olan azyaşlı Yekaterina Borisenkova da festivalda iştirakdan məmnun qaldığını bildirib. O deyib: Mən burada özümə iki azərbaycanlı rəfiqə qazandım, onlar mənə Azərbaycan musiqilərini öyrətdilər. Mən çox şadam ki, belə dostlar qazandım.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25