Bakı. 4 aprel. REPORT.AZ/ Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalıb.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 18:43-də başa çatıb.