[ 04 Aprel 2015 18:17 ]



Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda 37 yaşlı kişi itkin düşüb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Firuz Ağarzayev aprelin 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Evdən çıxarkən onun əynində qar rəngli gödəkçə, qara rəngli şalvar və ayaqqabı olub.

 

F. Ağayev I qrup əlildir, onun psixoloji problemləri var.

 

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirir.

 

Bu şəxsi görəndən polisə və ya 050 883-51-52 nömrəsinə zəng vuraraq onun barəsində məlumat vermələri xahiş olunur.