[ 04 Aprel 2015 17:09 ]
Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayonunda 1200-ə yaxın əhalinin yaşadığı Birinci Qaralı kəndinə təbii qaz verilib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, kəndin qazlaşdırılması üçün müxtəlif diametrli 19,4 kilometrlik orta təzyiqli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 190 sayğac və qutu quraşdırılıb.
Quraşdırılan 190 fərdi tənzimləyici yeni birpilləli sistem üzrə əhaliyə sabit orta təzyiqdə təbii qaz verilməsinə imkan yaradır.
Hazırda 1100 abonentin olduğu Aşağı Surra kəndində qazlaşdırma işləri başa çatır, Qədimkənd və Aşağı Qaramanlı kəndlərində isə bu işlər davam etdirilir. İlin sonuna kimi daha 16 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur.