“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirminci cildi çapdan çıxıb
Bakı, 4 aprel, AZƏRTAC
“Bu gün bunu bütün beynəlxalq ictimaiyyət də görür, qəbul edir və qeyd edir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir. Həm iqtisadi, həm də siyasi cəhətdən öz mövqelərini möhkəmləndirir, regionda liderlik mövqelərinə çıxıb, dünyadakı mövqelərini möhkəmləndirir, çox yüksək beynəlxalq imicə malik olan ölkədir, etibarlı tərəfdaşdır, əməkdaşlığa açıq olan ölkədir. Eyni zamanda, öz prinsipiallığını qoruyan və möhkəmləndirən, müstəqil siyasət aparan ölkədir. Öz siyasətini Azərbaycan xalqının maraqları əsasında quran bir ölkədir”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirminci cildində dövlətimizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqindən götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin oktyabrından noyabrınadək olan dövrü əhatə edir.
Bu cild Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviyaya dövlət səfərinə dair materiallarla başlanır.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Quba, Şəki, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarına, Gəncə şəhərinə səfərləri ilə bağlı materiallar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, respublikamızın sosial, iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları, nitqləri, bəyanatları və s. öz əksini tapıb.
Kitabda Prezident İlham Əliyevin Latviyaya, Belarusa, Belçikaya rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, dövlətlər arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsindən bəhs edən materiallar dərc olunub, eyni zamanda, Bakıda səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku ilə keçirdiyi görüşlərə, danışıqlara dair yazılar toplanıb.
Bu cilddə, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycana gəlmiş çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, bəyanatları, Rusiyada akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional proseslər, ölkəmizin xarici siyasəti və digər məsələlərlə bağlı müsahibələri yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılmış iyirminci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05