Müğənni Xatirə İslamın xalq artisti Faiq Ağayevlə küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Şirin çay" verilişində xəbər verib:

"Azərbaycanda bircə müğənni ilə küsülüyəm, respublikanın xalq artistidir. Ondan diqqətsizlik görməmişəm. Gənc vaxtlarımda mənə dəstək olub, konsertimə əlində güllə gəlib. Aramızda anlaşılmazlıq olub. Onu düşmən olduğu insanla da barışdırmışam. Səhv onda olub. Konsertdə yanımdan keçdi, salam vermədi. Guya məni görməyib. Mən boyda 60 kiloqramlıq adamı görmək olmaz? Ona görə də o insanla danışmıram. Bu, Faiq Ağayevdir. Nadir Qafarzadə ilə düşmən idi. Faiqin başına iş gəldi, xəstəxanalıq oldu. Nadirə zəng vurdum ki, gəl gedək yanına. Dedi: "Xatirə, indi adamları yanındadır, birdən mənə nəsə edərlər". Dedim, narahat olma, getdik anası ilə də görüşdük. Faiq Ağayev xəstəxanadan çıxandan sonra onu yada salan hamıya zəng edib, təşəkkür bildirdi, Nadirlə dost oldu. Mənə isə salam da vermədi. Çox həssas insanam".