Rusiyanın Sankt Peterburq şəhərində iki Azərbaycan vətəndaşı insan oğurluğunda ittiham edilir.

ANS PRESS-in məlumatına görə, Peterburq məhkəməsində oğurluq və soyğunçuluq barədə cinayət işinə baxılır. Azərbaycan vətəndaşları kişi qurbanı Primorsk prospektində yerləşən evlərdən birində zorla saxlayıblar.

Hadisə 2014-cü il sentyabrın 22-də baş verib. Azərbaycan vətəndaşlarının girov götürdüyü isə öz tanışları olub. Onlar girovun müqabilində 300 min dollar tələb ediblər.

Cinayətkarlar 2014-cü il oktyabrın 10-da həbs ediliblər, girov isə azad edilib. Həbs olunanlardan birindən səsboğucusu olan tapança aşkar edilib.
Mənbə
ANS PRESS