"SOCAR “Bakı-Novorossiysk” kəməri ilə nefti kommersiya şərtləri əsasında nəql edir. Əvvəl dövlətlərarası sazişlə işləyirdik. Bilirsiz ki, sonradan Rusiya bunu dayandırdı və kommersiya şərtlərinə keçdi. Açığı deyim ki, kommersiya şərtləri ilə dövlətlərarası şərtlərdən daha ucuz qiymətə nəql edirik".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Transneft” şirkətinin "Bakı-Novorossiysk" kəməri ilə neft nəqli tariflərinin 30% artırılması ilə bağlı Rusiya Federal Tarif Şurasına müraciətinə münasibət bildirərkən deyib.

SOCAR prezidenti qeyd edib ki, Rusiya rublunun devalvasiyası qiyməti bizə çox sərf edirdi: "Mən deyərdim ki, neftin nəqli keçmişə nisbətən 2 dəfə ucuz başa gəlirdi. Bizim üçün istənilən halda bu xəttlə nefti nəql etmək sərf edir. Bilirsiniz ki, prezident İlham Əliyevin strateji nəzər nöqtəsidir ki, bu xətti daim çalışdırmalıyıq. Bizim diversifikasiya olunmuş neft kəmərlərimiz var. Bu o deməkdir ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün heç bir problem yoxdur”.
Mənbə
ANS PRESS