[ 04 Aprel 2015 13:29 ]



Bakı. Fuad Cəfərov – APA. Gəncədə şirkətdən oğurluq etmiş şəxs saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Rüfət Rüstəmova məxsus reklam şirkətindən 2 ədəd kompyuteri oğurlamış Məhəmməd Rəhimov Gəncə şəhərində tutulub.