[ 04 Aprel 2015 13:03 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Qaradağ rayonunda 2 yol qəzası baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Mais Abıyev vurulub. Müxtəlif xəsarətlər alan M. Abıyev xəstəxanaya yerləşdirilib.


Aprelin 3-də saat 01 radələrində isə müəyyən edilməmiş avtomobillə yolu keçən Qobustan qəsəbə sakini Elvin Cəbrayılov vurulub. E. Cəbrayılov da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Hər bir faktla bağlı araşdırma aparılır.