Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə "Loğman" klinikasında baş verib. Biləcəri qəsəbəsi yeni sahədə yaşayan 2009-cu il təvəllüdlü Murad Qurbanzadə "Loğman" klinikasında burun-boğaz əməliyyatı olunub.Bir müddət öncə Bakıda klinikaların birində əməliyyat olunan uşaq ölüb
O, əməliyyatdan sonra evə köçürülüb. Bir həftə sonra evdə burnundan qanaxma başlayıb. Altı yaşlı uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.
Binəqədi Rayon Prokurorluğundan qafqazinfo-ya bildirilib ki, faktla bağlı ekspertizalar təyin olunub, araşdırma aparılır. Araşdırmaların nəticəsində ölümün səbəbi bəlli olduqdan sonra növbəti addımlar atılacaq. Hələ ki, hadisə ilə bağlı cinayət işi açılmayıb.
Milli.Az