150 nəfərin qatilinin planşetindən dəhşət çıxdı
ANS PRESS-in məlumatına görə, Almaniya müstəntiqləri bildiriblər ki, ikinci pilotun intihar üsullarını və təyyarə kabinəsi qapısının təhlükəsizlik kilidini əvvəlcədən öyrəndiyi bəlli olub.
Aşkar edilib ki, qəzadan bir həftə əvvəl Andreas Lubitz öz planşet kompüterindən bu istiqamətdə axtarış aparıb. Bildirilir ki, Lubitzin Düsseldofdakı mənzilindən götürülmüş planşetdə onun internetdən apardığı axtarışların arasında "intihar yolları" və "kabinənin təhlükəsizlik qapıları və onların texniki xüsusiyyətləri" mövzuları olub.
Sözçü Ralf Herrenbruek deyib ki, "O bir tərəfdən öz dərdinə tibbi metodlarla əlac axtarırmış, başqa bir tərəfdən intihar yollarını araşdırırmış".Sözçü deyib ki, ən azı bir gün Lubitz kabinə qapılarının təhlükəsizliyi mövzusunu öyrənməyə çalışıb. Bu da bəlli olub ki, Lubitz internet axtarışlarını martın 16-ı ilə 23-ü arasında aparıb.
Təyyarənin "qara qutu"larından biri qəzadan dərhal sonra tapılmışdı.
İndiyədək toplanmış dəlillər göstərib ki, ikinci pilot Andreas Lubitz Barselonadan Düsseldorfa uçan 9525 nömrəli reysi, təyyarə kapitanının kabinədə olmadığı vaxtda, bilərəkdən qəzaya uğradıb.
Bu arada təyyarənin ikinci "qara qutu"su aşkar edilib.
Yenicə aşkar olunmuş ikinci “qara qutu”da uçuşun texniki göstəricələri qeydə alınır. Bu cihaz təyyarənin sürətini, yerdən olan hündürlüyünü, istiqamət və avtopilotun işini qeydə alır.
Ekspertlər ümid edirlər ki, ikinci "qara qutu" qəzanın səbəblərinə daha çox aydınlıq gətirilməsinə imkan verəcək.
Bu da xəbər verilir ki, qəza yerindən bütün həlak olanların, yəni 150 nəfərin hər birinin DNT materialları aşkar edilib.
Lufthansa şirkəti ötən çərşənbə axşamı pilotun təlimlər zamanı depressiyadan əzab çəkdiyi barədə məlumata malik olmasını etiraf edib.
Xəbər verilir ki, Lufthansa-nın filiallarından biri olan Germanwings şirkətinə bu məlumat hansı səbəbdənsə çatdırılmayıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50