"Azərbaycandakı qızıl yataqlarının atlası hazırlanaraq çap olunub"
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İ.İbrahimovanın sözlərinə görə, atlas “Azərbaycanın qızıl yataqlarının atlası” adı altında nəşr olunub: “Yeni kəşf olunmuş qızıl yataqları da atlasa daxil olunub. Ümumiyyətlə, ölkədəki bütün qızıl yataqları atlasa salınaraq çap olunub”.

Milli.Az