Ucarda elektrik enerjisinin verilişində problem yaranıb.Problemin yaranmasına səbəb naqillərdə baş verən nasazlıqdır
APA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından rayonun Qarabörk, Qazyan, Lək və Xalac kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb. Yerli sakinlər hava şəraitindən asılı olmayaraq, bu cür halın tez-tez baş verdiyini deyirlər.
Ucar Paylayıcı Elektrik Şəbəkəsinin növbətçi hissəsindən verilən məlumata görə, rayonun Qarabörk kəndindən keçən hissəsində naqillərdə baş verən nasazlıq səbəbindən bu gün 4 yaşayış məntəqəsinə enerjinin verilişi dayandırılıb.
Hal-hazırda təmir briqadaları həmin ərazidə təmir bərpa işləri aparır.
Milli.Az