Paytaxda 2 ay bundan əvvəl marketlərin birindən quldurluq edən şəxslər ələ keçiblər. Polis onların digər cinayətlərdə iştirakını istisna etmir.

Regional TV (Region TV) xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları bu il yanvarın 12-də quldurluq edən şəxsləri tutmağa müvəffəq olublar. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Murad Əliyevə qarşı quldurluq yolu ilə bıçaqla xəsarət yetirib satıcı işlədiyi mağazadan 130 manat pul aparan Bakı sakinləri Zahid İsmayılov Elnur Əsədli saxlanılıblar.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırmalar aparılır.

Milli.Az

 
Videonu izləmək üçün şəkilə klikləyin.

фото