Elman Rüstəmov niyə seçildi?
ANS PRESS-in məlumatına görə iqtisadçı ekspert bu barədə öz bloqunda yazıb:
Elman Rüstəmov ölkənin bank sisteminin sükanını növbəti dəfə əlində saxlamağa müvəffəq oldu. Gözlənilməz hadisələr baş verməsə, o, daha 5 il ölkənin bank sektoruna rəhbərik edəcək. Ölkənin baş bankiri artıq 20 ildir bu sistemə rəhbərlik edir. Bank sisteminin inkişafında onun rolu danılmazdır. Bank sektorunun uğuruna da, uğursuzluğuna da cavabdehlik daşıyır. Elman Rüstəmov hakimiyyətin 2-3 peşəkar kadrlarından biri hesab olunur. Hətta müxalifət də bunu etiraf edir.
Yenidən təyinat gözlənilən idimi? Bəli. Çünki indiki həssas məqamda Elman Rüstəmovun postunu tərk etməsi riskli idi. Məşhur deyim var: Atları keçidlərdə dəyişmirlər. Mövcud bank sistemini Elman Rüstəmov qurmuşdu və onu ancaq özü idarə edə bilərdi. İndiki dövrdə sistemin başına başqasının gətirilməsinin ağır fəsadları ola bilər. Elman Rüstəmovun vəzifədə qalması həm də hakimiyyətin bank sektorunda ciddi addımlar atmaq niyyətində olmadığını göstərdi.
Mərkəzi Bankın rəhbəri daim banklara münasibətdə konservativ yanaşma tətbiq edib. Bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. O, rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamının bərpa olunasına nail olub. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarını pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı. Bankların isə müflisləşmə təhlükəsinə daha da yaxınlaşdı.
Köhnə-yeni sədrin fəaliyyətinin müsbət və mənfi tərəfləri barədə kifayət qədər danışmaq olar. Ancaq bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın mövcud bank sistemi ölkə iqtisadiyyatına adekvatdır. Mövcud iqtisadi paradiqmada bundan yaxşı bank sistemi qurmaq çətin görünür. O da aydındır ki, bank sektorunu uzun müddət indiki səviyyədə saxlamaq mümkün olmayacaq. Zəruri addımlar atılmasa böhranın olması qaçılmazdır.
Növbəti 5 il Elman Rüstəmov üçün çox çətin keçəcək. Çünki qarşıda onu növbəti devalvasiya ehtimalı və onun törədəcəyi fəsadlar, neft gəlirlərinin azalması səbəbindən yavaşımış iqtisadiyyat, yüksək inflyasiya təzyiqi gözləyir.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47