“İşıqlanan yaddaş” mövzusunda tədbir-sərgi
Bakı, 3 aprel, Z.Mansurova, AZƏRTAC
Aprelin 3-də İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” milli-azadlıq hərəkatının fəal iştirakçılarından olan general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş “İşıqlanan yaddaş” adlı tədbir-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə ilk dəfə olaraq Cəfər Kavianın şəxsi əşyaları, fotoşəkilləri, sənədləri nümayiş olunub.
Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, Cəfər Kavian Səttarxanın başçılığı ilə 1906-1907-ci illərdə “Məşrutə” hərəkatının fəal üzvü olub. Beləcə əfsanəvi generalın əzablı həyat yolu başlayıb.
Diqqətə çatdırılıb ki, Cəfər Kavian “21 Azər” hərəkatının fəal üzvü, Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Yığma Qoşun başçısı, Milli Məclisin üzvü olmuş, milli özünümüdafiə naziri, sonradan isə müdafiə naziri təyin edilmişdir. Cəfər Kavian tarixi xidmətlərinə görə I dərəcəli Səttarxan ordeni və “21 Azər” medalı ilə təltif olunub.
Onun arxivini, mükafatlarını, hərbi formasını və digər şəxsi əşyalarını uzun illər ərzində generalın oğlu Marks (Maksud) Kavian qoruyub saxlayıb. O, 2014-cü il mayın 16-da bu əşyaları daimi saxlamaq üçün Azərbaycan İstiqlal Muzeyinə verib.
Diqqətə çatdırılıb ki, Cəfər Kavian inqilabi fəaliyyəti dövründə 3 dəfə Bakıya gəlib. İranda inqilab fədailəri qətlə yetirildikdən sonra, 1945-ci ildən taleyini bütövlükdə Azərbaycanla bağlayıb. 1975–ci ildə dünyasını dəyişib və Bakıda dəfn olunub.
Sonda Cəfər Kavianın oğlu Marks Kavian atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25