Ekspert: "Tehranın məqsədi təcili şəkildə sanksiyaların ləğv olunmasıdır, lakin Qərb zəmanət istəyir"
Onun sözlərinə görə, bu, hazırda İrana çox lazımdır, çünki iqtisadi sahədəki məhdudiyyətlər ölkənin HSK və elmi potensialına böyük təsir göstərməsə də, sadə iranlıların rifahına böyük zərbə vurub: "Sadə iranlıların səbri sonsuz deyil. Prezident postuna Həsən Ruhaninin seçilməsi və onun proqramına olan inam bunun göstəricisidir".
O, həmçinin qeyd edib ki, yaxın zamanlarda "altılıq"la razılaşmanın konkretləşdirilməsi İran üçün nə dərəcədə uğurlu olacağını göstərəcək: "Sanksiyalar necə aradan qaldırılacağı məlum deyil. Tehranın məqsədi təcili şəkildə sanksiyaların ləğv olunmasıdır, lakin Qərb zəmanət istəyir. Daha dəqiq desək, artıq heç kim İslam Respublikasını nüvə proqramının hərbiyönümlü olmamasına şübhə eləmir, danışıqlarda artıq təhlükəsizlik məsələsi qaldırılmır, burada yalnız siyasi sövdələşmə gedir".
"İran uranı zənginləşdirmək imkanını əldə edir, sayı az da olsa, sentrifuqaları qoruyub saxlayır. Uranın zənginləşdirilməsi mərkəzləri tədqiqat mərkəzlərinə çevrilir, bu da Tehrana müvafiq texniki imkanlar olduqda istənilən vaxt uranı zənginləşdirməyə yenidən başlamaq imkanı verir. Bunun əvəzində İran razılaşmanın əldə olunacağı təqdirdə Yaxın Şərq siyasətində sərbəst olacaq, nəzarəti altında olan şiə dövlətləri ilə (Yəmən, İraq, Bəhreyn) Səudiyyə Ərəbistanını mühasirəyə alacaq, Türkiyə və İsraili təcrid edəcək və özünü Fələstindən Əfqanıstana qədər sərbəst hiss edəcək. Bu addımlar lazımi şəkildə atılarsa, İran xarici siyasət sahəsində əvvəllər görünməmiş güc əldə etmək imkanını qazanacaq, bu, iqtisadi cəhətdən də ölkəni gücləndirə bilər", - ekspert hesab edir.
A.Yevstratov İrana qarşı sanksiyaların aradan qaldırılma ehtimalını nəzərə alaraq, neft bazarında baş verəcək dəyişikliklər haqqında məsələni də şərh edib: "Neftin qiyməti artıq 5% düşüb, baxmayaraq ki, hələ heç nə baş verməyib. Zərif və Kerrinin tvitləri neftin qiymətini salıb. Anlamaq çətin deyil ki, İran kimi iri idxalçıya qarşı sanksiyaların aradan qaldırılması ABŞ və Avropa üçün neftin qiymətinin düşməsinin arzuolunan olduğunu nəzərə alaraq qiymətlər enəcək".
Aprelin 2-də Lozannada İran və "altılıq" ölkələri nüvə proqramı məsələləri üzrə son plenar iclasını başa vurub. İclasda nüvə proqramı üzrə razılaşmanın əsas dayaq nöqtələri haqqında qərar qəbul olunub. Sənədin iyunun sonlarında imzalanacağı gözlənilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50