Əməkdar artist Coşqun Rəhimov həmkarı, KVN teatrının rəhbəri Tahir İmanovun ““Bu şəhərdə” bizim rəqibimiz deyil” sözlərinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində aktyor bunları deyib:

“Üz-üzə gələndə salamlaşırıq. Hərə öz işindədir. Onlarla böyük davamız olmayıb ki, məsələyə aydınlıq gətirmək üçün oturub danışaq. Hərə öz yoluna. Bunun konsertqabağı bir piar olub-olmadığını deyə bilmərəm. Mənim üçün bu bir reklam deyil, işlənmiş mövzudur. Hərə öz işi ilə məşğul olsun və bununla rəqib olub-olmadığını göstərsin”.

C.Rəhimov son zamanlar Azərbaycanda çəkilən filmlərdən də danışıb:
“Sevindirici haldır ki, kino sahəmiz inkişaf edir. Bu işə daha ürəklə və peşəkar yanaşmaq lazımdır. Bunun üçün böyük qonorar lazım gəldiyini bilirik. Amma gərək rejissorlar da istedadlı aktyorları üzə çıxarsınlar. Film çəkmək “Bu şəhərdə” üçün yenilik deyil. On il bundan əvvəl iki film çəkmişik. Səhvləri də, düzləri də oldu. Yeni ekran işi ərsəyə gətirmək planımız var. Hələ ki, danışıqlar aparırıq”.

Milli.Az