Müğənni Röya Ayxan Türkiyədə işıq üzü görəcək albomunun gecikmə səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi səsi ilə bağlı müalicə aldığını bildirib:

“Heç bir yeniliyim yoxdur. Çox əsəbləşirəm. Ona görə səsim yerində olmur, albom üçün qalan bir-iki mahnını da oxuya bilmirəm. İndi müalicə alıram. Bu albom Türkiyədəki işlərimə aiddir. Azərbaycanda disk çıxartmağı düşünmürəm. Bu yaxınlarda birini təhvil verdim, bəsdir. Gülşənin “Bayıla-bayıla” bəstəsini oxumayacam. Əvvəlcədən danışmaq mənə düşmür. Heç vaxt belə səhv buraxmazdım. Gərək o haqda deməzdim. Başqa bir bəstəsini ifa edəcəm”.

R.Ayxan bundan sonra çəkdirəcəyi kliplərin də sayını azaldacağını bildirb: “Artıq mən də həmkarlarım kimi düşünürəm: klipi ancaq internet üçün çəkirik. Efirlərimizdə klip saatı yoxdur. Yerli müğənnilərə 1 saat vaxt ayırırlar. Əvvəl 60-90 min verib, ildə neçə klip çəkdirirdim. Amma indi etməyəcəm. Ucuz çəkdirə bilmərəm, prestij var, aşağı düşmərəm. Amma ildə cəmi bir klip çəkdirəcəm. Görürsünüz ki, efirə də çıxmıran. İnstagram-da, Facebook-da varsan, hamı səni görür, bəsdir”.

Milli.Az