Məşhur Türk modeli Aygün Kazımova ilə tanış olmaq istəyir. 

Bu yaxınlarda yemək kitabı çıxarmağa hazırlaşan keçmiş model Gizəm Özdilli Azərbaycana gəlmək düşünür. 

Metbuat.az-ın məlumatına görə, əsli azərbaycanlı olan model Gizəm Azərbaycanın Xalq artisti Aygün Kazımovanın fotosunu sosial şəbəkədə paylaşan təəssüratlarını da qeyd edib: “Bilən bilir amma bilməyənlərdə öyrənsilər ki, əslim azərbaycanlıdır. Bütün dünyanı gəzmişəm, lakin bir azərbaycanlı olaraq Azərbaycanda olmamışam, çox ayıbdır. Tezliklə Azərbaycana gəlirəm və ən böyük arzum Azərbaycanın divası sayılan Aygün Kazımova ilə tanış olmaqdır.”