Geyimləri ilə hər zaman diqqət mərkəzində olan 45 yaşlı müğənni-aktrisa Cennifer Lopez bu dəfə də ənənəsinə sadiq qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Cey Lo münsifi olduğu “American İdol” yarışmasının növbəti çəkilişləri zamanı obyektivlərə tuş gəlib.

Sənətçinin əynində çox qısa ağ şortik və qızılı rəngli zəncir işləməli kofta olub.