[ 03 Aprel 2015 13:45 ]



Bakı. Fuad Cəfərov – APA. Bakı sakininin mənzilində  külli miqdarda narkotik aşkar edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbə sakini Elçin Əhmədovdan 0,2 qram heroin, evindən isə 1 kiloqram 460 qram marixuana götürülüb.