Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Cəlilabad rayonunun Sabirabad kəndindəki örüş sahəsində üzə çıxan qədim dövrə aid iri küpün sakinlər əvvəlcə təndir olduğunu zənn ediblər. Lakin mütəmadi yağış sularının axması nəticəsində küpün basdırıldığı yerdə iri çöküntünün əmələ gəlməsi əsl mətləbi üzə çıxarıb.

Diametri 2 metrə yaxın olan küpün içərisində insan sümüklərinin qalıqları ilə yanaşı, məişətdə istifadə olunan kiçik ölçülü küplər də aşkar edirlib.

Tarixçilərin fikrincə, qəbrin su hövzəsinə yaxın yerdə  tapılması buranın qədim  yaşayış məskəni olduğunu deməyə əsas verir. Bizim eranın əvvəllərinə aid olduğu güman edilən tarixi nümunələr toplanaraq araşdırılması üçün paytaxta göndəriləcək.Yaxın vaxtlarda isə Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinın ərazidə  arxeoloji təqiqatlar aparması gözlənilir.

Milli.Az