Azərbaycana martda daxil olan beynəlxalq internet trafikin həcmi 155 Gbp/s olub.

Rabitə və İnformasiya Texnologioyalar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasında qeyd edilib. Məlumata görə, martda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

“Delta Telecom” şirkətinin rəsmi statistikasına əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3 faiz artaraq 155 Gbp/s-dən çox olub.

Bu, Azərbaycana bu il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29 faiz artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 12,5 faiz artaraq 40 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 50 faiz artıb.
Mənbə
ANS PRESS