Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən və reanimasiyada yatan müğənni Kayahan dünyasını dəyişdi.

Axşam. Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənni Suad Suna “Twitter” hesabından yazıb:

“Bu gün qara gündür... Mən ikinci atamı, Türkiyə isə böyük müəllimini itirdi... Rahat yat, unudulmayacaqsan...”.

Qeyd edək ki, Kayahan martın 23-də xəstəxanaya yerləşdirilmişdi.