[ 03 Aprel 2015 10:34 ]


Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Samux rayonunun Alabaşlı - Qarayeri avtomobil yolunun Göygöl rayonu ərazisində olan hissəsində qeydə alınıb.

 

Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Kəmaləddin Ənvər oğlu Qafarov idarə etdiyi “QAZel” markalı mikroavtobusu aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, maşında olan sərnişin, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Səfər Cəfər oğlü Tağıyev hadisə yerində ölüb.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.