[ 03 Aprel 2015 07:57 ]



Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 336 kv.m olan 3 evin yanar konstruksiyaları 92 kv.m sahədə yanıb.

 

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.