Milli.Az beşamel souslu toyuq piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:


barata:


100 ml isti su
1 çimdik şəkər tozu
1 qəhvə qaşığı quru maya

xəmir:

un (gərək olunca)
2 x.q. xama
1 yumurta
0,5 ç.q. duz
50 q yumşaldılmış kərə yağı
1 yumurtanın sarısı (üzərinə çəkməyə)

iç:


3 toyuq filesi
təzə cəfəri
qara istiot
duz
1 st. beşamel sousu

beşamel sousu:


1 st. süd (və ya toyuq bulyonu)
50 q kərə yağı
1 dolu x.q. un
duz
ətirli, bəyaz istiot
azca muskat cevizi (zövqə görə)

(ərzaq 20 sm dm-li forma üçün nəzərdə tutulub)

İsti suya şəkər tozu və mayanı tökün, qarışdırıb 15 dəqiqə saxlayın.

Bu müddət keçəndən sonra barataya xama, yumurta, yağ və duz əlavə edib çalın, az-az un əlavə edib xəmir yoğurun.

Xəmiri isti yerə qoyub gəlməsini gözləyin (təxminən 1 saat).

фото

Toyuq ətini bişirin, kubik doğrayın.

фото

Beşamel sousu: dərin tavada kərə yağını əridin, un səpib taxta qaşıqla yaxşıca qarışdırın, lopa qalmasın, qarışdırmağı dayandırmadan qaynar südü və ya bulyonu az-az əlavə edin, duz, istiot, muskat cevizi səpin. Sousu daha 2-3 dəqiqə bişirin, sonra istəsəniz, süzün ki, içində lopa qalmasın.

фото

Toyuq əti, beşamel sousu, doğranmış cəfərini qarışdırın.

фото

Xəmiri un səpilmiş masanın üzərində azca ətləyin, 2 hissəyə bölün (biri böyük, biri kiçik). Böyük hissəni yağlanıb un səpilmiş formaya döşəyin, kənarlarını qaldırın. İçi qoyub, üstündən basıb yastılayın.

фото

İkinci xəmiri yayıb için üstündən qoyun, kənarlarını altdakı xəmirlə birləşdirin, ortasında deşik açın. 20 dəqiqə saxlayın. Üzərinə yumurta sarısı və ya süd çəkin.
 
фото

180 dərəcə qızdırılmış sobada hazır olanadək bişirin. Qaynar piroqun üzərinə kərə yağı çəkin. Bir qədər saxlayın, o zaman üzəri də yumşalacaq.

фото

фото

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az