Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib, 18 maşın toqquşub, xəsarət alan var.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Əsəd Əhmədov küçəsində baş verən qəzaya səbəb daşla yüklü ZİL markalı yük avtomobilinin əyləc sistemində yaranan problem olub.
 
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Onun 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı bildirilir.
 
Qəza baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir.
 
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin