Kəlbəcərin işğalının 22-ci ildönümü ilə bağlı Azərbaycan Hərbi Tarix Muzeyində tədbir keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı apreli 2-də Azərbaycan Hərbi Tarix Muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin rəisi Əzizağa Qənizadə Kəlbəcər əməliyyatı barədə məlumat verib, rayonun hərbi-siyasi əhəmiyyətindən danışıb. Bildirilib ki, 701-ci briqada 1992-ci ilin mayından sentyabrınadək Kəlbəcər rayonunu düşməndən müdafiə edib. Lakin briqada 1992-ci il sentyabrın əvvəlində gözlənilmədən Laçın rayonuna döyüş əməliyyatlarına göndərildikdən sonra Kəlbəcər müdafiəsiz qalır. 1993-cü ilin fevralında Ağdərə rayonu Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunduqdan sonra düşmənlə mübarizədə müdafiəsiz qalan Kəlbəcər işğal edilir.
Diqqətə çatdırılır ki, qeyri-bərabər şəraitdə döyüşən 701-ci briqada Kəlbəcər əhalisini xilas edərkən 400 şəhid verir.
Qeyd olunub ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 nömrəli qətnaməni qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından dərhal çıxarılması tələb edilir. Lakin həmin qətnamənin tələbləri indiyədək yerinə yetirilməyib.
Sonra Kəlbəcər uğrunda döyüşlərdə iştirak etmiş veteranlar xatirələrini bölüşüblər.
Tədbirdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin və digər qurumların nümayəndələri iştirak ediblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05