Abşeronda mobil rabitə operatorunun radio-baza stansiyalarını talan edən şəxslər tutulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlanlb.

Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov Ceyhun Muxtarlı tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az