Tovuz, 2 aprel, AZƏRTAC
Respublikanın iri kartofçuluq rayonlarından olan Tovuzda bu ilin məhsulu üçün 4 min 690 hektar sahəyə kartof toxumu səpilib.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 hektar çoxdur. Hazırda kartof əkini davam edir. Statistik göstəricilər kartofbecərənlərin bu il keçən ildəkindən daha çox məhsul əldə edəcəklərinə inam yaradır.
Ümumiyyətlə, ötən il torpaq mülkiyyətçiləri 7 min 244 hektar sahədə kartof əkərək, 155 min 999 ton məhsul götürüblər.