İmişlidə bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə mart ayının 31-də İmişli şəhərində qeydə alınıb.

Şəhər sakini Mehdi Hüseynov münaqişə zəminində qohumu Mirzə Hümbətova bıçaqla xəsarət yetirib.

Hadisəni törədən şəxs sonradan qaçıb.

İmişli rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS