Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin əməliyyatçıları qanunsuz olaraq narkotik maddə əldə etmə və gəzdirmədə şübhəli bilinən, Xaçmaz rayon sakini Mirzə Rəsulovu saxlayıblar. Paytaxtın Tbilisi prospektində saxlanılan Rəsulovun üzərindən iri sellofan paketdə narkotik aşkarlanıb.
Onun sözlərinə görə, Qələndər adlı şəxslə Tbilisi prospektindəki dayanacaqda görüşməli idilər. Görüş yerinə gedən zaman onu polis əməkdaşları saxlayıblar. Mirzəni görüşə göndərənlər onun saxlanıldığını görəndə qaçıblar. Saxlanılan şəxs əlindəki paketin içində narkotik olduğunu bilmədiyini deyib. Hazırda əməliyyatçılar Mirzə Rəsulova narkotik verənlərin kimliyini müəyyənləşdirməyə çalışırlar.
Faktla əlaqədar açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.

