Zərdabda qardaş qardaşı bıçaqlayıb
Zərdab Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məmmədqasımlı kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü Dosməmmədov Qaçay Saday oğlu şəxsi münasibətlər zəminində qardaşı, 1960-cı il təvəllüdlü Sadiqi bıçaqlayıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, ağır vəziyyətdə cərrahiyə şöbəsinə daxil olan yaralıya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağırdır. Hadisəni törədən Q.Dosməmmədov polis tərəfindən saxlanılıb. Hadisənin səbəbi Zərdab Rayon Polis Şöbəsində araşdırılır.

Milli.Az