Onlardan biri də İsabella Kruzdur. ANS PRESS-in məlumatına görə, bu qız tanınmış Hollivud ulduzları Tom Kruz və Nikol Kidmanın övladlığa götürdüyü uşaqlardan biridir.
Valideynləri ayrılandan sonra atası ilə yaşayan bu qızın bir xəyalı olub - saç ustası olmaq. 25 yaşlı İsabella bunun üçün illərini sərf etsə də sonda istədiyinə nail olub.
Gənc Kruz indi Londonun ən tanınmış gözəllik salonlarından birində çalışır.
Tom Kruzun doğma qızının anası isə aktrisa Keyt Holmsdur. Ayrılan cütlüyün altı yaşlı Suri adlı övladı var.






Mənbə
ANS PRESS